Xarici işlər nazirinin səlahiyyətlərini icra edən Əli Baqiri Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniyənin şəhadətində sionist rejimin cinayət əməli və İran İslam Respublikasının ərazi bütövlüyü və milli təhlükəsizliyinə hücumunu müzakirə edib və fikir mübadiləsi aparıb.
Əli Baqiri bu müsahibədə vurğulayıb ki, sionist rejim İsmayıl Həniyəni şəhid etməklə qırmızı xətti keçərək regional və beynəlxalq sülh və sabitliyi təhlükə altına atıb, buna görə də İran İslam Respublikası, şübhəsiz ki, öz ərazi bütövlüyü və milli təhlükəsizliyini müdafiə etmək və qorumaq üçün özünəməxsus və qanuni hüququndan istifadə edəcəkdir.