Yəmənin Ənsarullah hərəkatının siyasi ofisinin üzvü Hizam Əl-Əsəd X sosial şəbəkəsindəki istifadəçi səhifəsində mesajında ivrit dilində belə yazıb: İsraillilər niyə narahatdırlar? Çünki onların gözlədikləri alçaldıcı və rüsvayçı bir məhvdir.
Bununla əlaqədar olaraq, Yəmənin Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik əl-Husi cümə axşamı axşam HƏMAS-ın siyasi ofisinin rəhbəri şəhid İsmayıl Həniyənin cənazəsinin Qətərə gətirilməsi ilə eyni vaxtda vurğuladı: Rəhbərlərin şəhadəti müqavimət üzvlərinin davam etmək motivasiyasında həmişə böyük təsir göstərib və sionist düşmən cinayətləri artırmaqla qaçılmaz ilahi vəd olan öz süqutuna yaxınlaşır.
Yəmənin Ənsarullah hərəkatının lideri bildirib: Komandir Həniyənin terror edilməsi bütün adət-ənənə və müqəddəslərin açıq şəkildə pozulmasıdır. Həniyənin terror edilməsi avropalıları və mövqeləri qınaq səviyyəsinə belə çatmayan bəzi ərəb ölkələrini rüsvay etdi.
O, vurğuladı: Şəhid Həniyənin Fələstinin ədalətli və müqəddəs amal və idealına xidmətdə, Fələstinin və Məscid Əl-Əqsanın azad edilməsində böyük və müstəsna xidmətləri olub.