İRNA-nın müdafiə sahəsi üzrə qrupunun İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ictimai əlaqələr bölməsinə istinadən verdiyi xəbərə görə, SEPAH İslami Müqavimət Hərəkatının (HƏMAS) Siyasi Ofisinin rəhbəri doktor İsmayıl Həniyyənin şəhid edilməsində sionist rejimin terror cinayəti ilə bağlı 3 saylı bildirişində vurğulayıb: “Təhqiqat və araşdırmalara görə, bu terror əməliyyatı qonaqların yerləşdiyi ərazidən kənardan güclü partlayışla birlikdə təxminən 7 kiloqram döyüş başlığına malik qısa mənzilli mərmi atılmaqla həyata keçirilib.”
Bildirişin mətni belədir:
Cinayətkar sionist rejimin İslami Müqavimət Hərəkatının (HƏMAS) Siyasi Ofisinin mücahidi və cəsur rəhbəri yüksək məqamlı şəhid doktor İsmayıl Həniyyə və onu müşayiət edən şəxsin şəhadətinə səbəb olan terror aktının ardınca, İran xalqının diqqətinə çatdırırıq:
1. Bu cinayət sionist rejim tərəfindən layihələndirilməklə və icra edilməklə və Amerikanın cinayətkar hökuməti tərəfindən dəstəklənməklə həyata keçirilib.
2. Təhqiqat və araşdırmalara görə, bu terror əməliyyatı qonaqların yerləşdiyi ərazidən kənardan güclü partlayışla birlikdə təxminən 7 kiloqram döyüş başlığına malik qısa mənzilli mərmi atılmaqla həyata keçirilib.
Sonda vurğulanır: “Şəhid İsmayıl Həniyyənin qisasının alınacağı qətidir və sionist avantürist və terrorçu rejim “ağır cəza” olan bu cinayətin cavabını münasib zamanda, məkanda və keyfiyyətdə qətiyyətlə alacaq.