İRNA-nın məlumatına görə, İslami Şura Məclisinin sədri Məhəmməd Baqir Qalibaf Livan Hizbullah Hərəkatının Baş katibi Seyid Həsən Nəsrullaha ünvanladığı məktubda general Fuad Şukurun şəhadəti ilə bağlı başsağlığı verərək yazıb: “Sionist rejim məğlubiyyətinin əvəzini çıxmaq və Qəzzədəki cinayətlərini ört-basdır etmək üçün müqavimət komandirlərini terror etməyə əl atıb ki, onların məzlum Fələstin xalqına dəstək vermələrinə mane olsunlar.”
Publish Date: 3 avqust 2024 - 18:15
Tehran - İRNA - İslami Şura Məclisinin sədri bildirib: “Sionist rejimin ötən günlərdə Beyrut və Tehranda törətdiyi cinayətləri və Qəzzədə uşaqları qətlə yetirməsinin davam etməsi bu cinayətkarın təcavüzkarlıq və vəhşilik xislətini və qondarma təməlini bir daha dünyaya nümayiş etdirdi.”