Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bazar ertəsi səhər jurnalistlərlə keçirdiyi həftəlik mətbuat konfransında HƏMAS müqavimət hərəkatının siyasi bürosunun rəhbəri şəhid İsmayıl Haniyənin öldürülməsini pisləyərək və başsağlığı verərək deyib: Bu cür terror hərəkətləri nəinki müqavimət göstərən Fələstin xalqının sionist rejimə qarşı mübarizəsi və Müqəddəs Qüdsün azad edilməsi yolunda qətiyyətini pozmayacaq, əksinə onların qətiyyətini daha da gücləndirəcək və bu rejim şəhid Haniyənin terror edilməsindən və öz keçmiş terrorlarından heç bir nəticə əldə etməyəcək.
O dedi: Sionist rejimin Fələstin xalqının ali siyasi liderinin İran prezidentinin andiçmə mərasimində iştirak etmək üçün İran İslam Respublikasının rəsmi qonağı olarkən Tehranda qorxaqcasına terror edilməsindəki hərəkəti beynəlxalq hüququn və beynəlxalq qanunların, habelə beynəlxalq ictimaiyyət tərəfindən hörmət edilən siyasi ənənənin kobud pozuntudur.
Xarici İşlər Nazirliyinin sözçüsü bəyan edib: Terror sionist rejimin mahiyyətindədir və bu rejimin bünövrəsi terrora əsaslanır və onun yaşaması dövlət terrorizmi yanaşmasının davam etməsindən asılıdır. Birincisi, dünya bu cinayəti qətiyyətlə pisləməli, ikincisi, təcavüzkarın cəzalandırılmasını dəstəkləməli, təcavüzkarı dəstəkləmək mənasına gələn hər hansı yanaşmadan çəkinməlidir.
Kənani əlavə edib: Biz öz milli təhlükəsizliyimizi, suverenliyimizi və ərazi bütövlüyümüzü müdafiə etmək haqqımızı mütləq hesab edirik və heç kimin avantürist sionist rejimi cəzalandırmaqda tərəddüd etməyə haqqı yoxdur. Bu ana qədər biz lazımi siyasi və diplomatik tədbirləri görmüşük, o cümlədən Rusiya, Çin, Əlcəzair kimi bizə dost dövlətlərin əməkdaşlığı ilə BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirilməsini izləmişik.
O, bildirib: Həmçinin İslam Konfransı Təşkilatının Ciddədə iclasının keçirilməsi tələbi də qaldırılıb və bu, təsdiqlənib və bu həftənin çərşənbə günü xarici işlər nazirləri səviyyəsində keçirilməsi planlaşdırılır.
Xarici İşlər Nazirliyinin sözçüsü məsələyə aydınlıq gətirdi: Birləşmiş Millətlər Təşkilatının baş katibi ilə, İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə və bəzi beynəlxalq forumlarla yazışmalarımız olub və əsaslı mövqelərimizi təqdim etmişik. Müxtəlif xarici dövlətlərin rəsmiləri ilə çoxlu telefon danışıqlarımız oldu və öz fikirlərimizi bildirdik.
Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Beynəlxalq ictimaiyyət işğalçının İran İslam Respublikası tərəfindən cəzalandırılmasını dəstəkləməlidir ki, bu, regionun və dünyanın təhlükəsizliyini təmin etmək üçün bir hərəkət olacaq və təbii ki, bu beynəlxalq hüquqa uyğun hərəkətdir.
O əlavə edib: İordaniya xarici işlər nazirinin səfəri ikitərəfli əlaqələr çərçivəsində həyata keçirilib. Bundan öncə də biz İordaniya və İranın xarici işlər nazirləri və digər rəsmiləri arasında danışıqların şahidi olmuşuq. Odur ki, son səfər regionun mürəkkəb və qarışıq şərtlərinin, xüsusilə də Qəzzədəki müharibənin, bölgədə təhlükəsizlik və əmin-amanlığa gətirib çıxaracağını araşdırmaq məqsədilə İran və dost ölkələr arasında diplomatik səfərlərin davam etdirilməsi ilə uyğundur.
Xarici İşlər Nazirliyinin sözçüsü bəyan edib: Biz inanırıq ki, sionist rejim ABŞ-la razılaşdırılmadan avantürist hərəkətlərə getmir. Ona görə də, ABŞ-ın öz vəzifələrinə məsuliyyətlə yanaşması daha yaxşıdır.
O dedi: Dəlillər göstərir ki, bu terrorun arxasında sionist rejim dayanır və heç kəs son terrordan bu rejim qədər faydalanmır və bu rejim bu ərazidənkənar terrorun birinci və sonuncu cavahbdehidir və əməllərinə görə cavab verməlidir.