İran İslam Respublikasının Xarici İşlər naziri vəzifəsini icra edən Əli Baqiri Kəni sosial şəbəkədəki hesabında paylaşdığı mesajda yazıb: “Sloveniya və Macarıstanın xarici işlər nazirləri ilə telefon danışığımda vurğuladım ki, BMT Təhlükəsizlik Şurası və Avropa İttifaqının sionist rejimin cinayətləri, o cümlədən Qəzzədə uşaq və qadınların kütləvi şəkildə qətlə yetirilməsi, törədilən soyqırımlara və digər ölkələrdə fələstinli şəxsiyyətlərin terror edilməsinə reaksiya verməməsi regionda qeyri-sabitliyin ən mühüm amillərindən biridir.”
“İran İslam Respublikası öz milli təhlükəsizliyini qorumaq məqsədi ilə bu rejimin törətdiyi terror aktına cavab vermək üçün qanuni və təbii hüququndan istifadə edəcək” - deyə, Baqiri qeyd edib.
Publish Date: 5 avqust 2024 - 17:28
Tehran - İRNA - Xarici İşlər nazirinin vəzifəsinin icraçısı bildirib: “Təhlükəsizlik Şurasının sionist rejimin cinayətlərinə, o cümlədən Qəzzədə baş verən kütləvi qətllərə və digər ölkələrdə fələstinli şəxsiyyətlərin terror edilməsinə reaksiya verməməsi regionda qeyri-sabitliyin ən mühüm amillərindən biridir.”