Rusiya Milli Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu avqustun 5-də Tehrana səfəri zamanı Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri ilə görüşüb.
General-mayor Baqiri bu görüşdə deyib: “İran və Rusiya münasibətləri strateji, dərin və uzunmüddətlidir və hökumətin dəyişməsi ilə onda xələl yaranmayacaq.”
O, Amerikanın dünyanın təkqütblü gücdən çıxdığını çox yaxşı bildiyini bəyan edərək əlavə edib: “Biz İran, Rusiya və Çin arasında üçtərəfli əməkdaşlığı alqışlayacağıq.”
Rusiya Milli Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu da bu görüşdə Rusiyanın regional məsələlərdə İranla hərtərəfli əməkdaşlığa hazır olduğunu deyib.
Publish Date: 5 avqust 2024 - 21:07
Tehran - İRNA - Silahlı Qüvvələrin Baş Qərargah rəisi deyib: “İran və Rusiya münasibətləri strateji, dərin və uzunmüddətlidir və hökumətin dəyişməsi ilə onda xələl yaranmayacaq.”