Tehran - İRNA - Sionist rejimin keçmiş müharibə naziri sionistlərin İranın cavab əməliyyatı ilə bağlı gözləntilərinə toxunaraq, bunu İran və müqavimət cəbhəsi üçün özlüyündə nailiyyət hesab edib.

  “İsrael Beytno” kimi tanınan partiyanın rəhbəri və sionist rejimin keçmiş müharibə naziri Aviqdor Liberman sionistlərin İranın cavab reaksiyası gözləntilərinə toxunaraq deyib: Gün boyu “gərginliyin yüksəkliyindən və sayıqlığın zəruriliyindən” danışırlar. 

Sionist rejimin keçmiş müharibə naziri əlavə edib: Bu vəziyyət əslində iranlılar, Livan Hizbullahı və digərləri (Libermana görə) şər cəbhəsinin (müqavimət cəbhəsinin) nailiyyətidir.