Tehran - İRNA - İslam Əməkdaşlıq Təşkilatının Baş katibi verdiyi bəyanatda HƏMAS-ın Siyasi Ofisinin rəhbəri İsmayıl Həniyyənin Tehranda terror edilməsini pisləyib və bu hərəkəti İranın suverenliyinin pozulması kimi qiymətləndirib.

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hüseyn İbrahim Taha Ciddədə bu təşkilatın xarici işlər nazirlərinin icraiyyə komitəsinin fövqəladə iclasında çıxışı zamanı deyib: “İşğalçı İsrail rejiminin cinayətlərdə israr etməsi bütün tabuların, adət-ənənələrin, qanunların və beynəlxalq qətnamələrin pozulmasıdır.”

O deyib: “İsrailin Tehrana hücumu İranın suverenliyi və milli təhlükəsizliyinə hücumdur, beynəlxalq hüquq və BMT Nizamnaməsinin müddəalarını açıq şəkildə pozmaqdır.”

İƏT-in Baş katibi daha sonra Təhlükəsizlik Şurasından tələb edib ki, üzərinə düşən məsuliyyəti yerinə yetirsin, işğalçı rejimi beynəlxalq hüquqa hörmət etməyə və təcavüzünü dayandırmağa, həmçinin Qəzzə zolağında atəşkəsi seçməyə məcbur etsin.