Tehran - İRNA - İranın güləş üzrə milli komandası Paris Olimpiadasında 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq Paris Olimpiadasının çempionu oldu.

Olimpiya-2024 güləş üzrə yarışlarının yekununda ölkəmizin güləş yığması Olimpiadada 2 qızıl, 1 gümüş və 1 bürünc medal olmaqla ilk dəfə 4 medal qazanaraq tarixə düşüb və indiki komandalar arasında ən yaxşı çıxışını edib.

İran yığması üçün 67 kq-da Səid İsmaili və 97 kq-da Məhəmməd Hadi Sarəvi qızıl, Əlireza Məhəmmədi 87 kq çəkidə gümüş, Əmin Mirzəzadə 130 kq çəkidə bürünc medal qazanıb.