BMT-nin insan haqları üzrə baş sözçüsü Ceremi Lourens Amerika mediasından birinə müsahibəsində deyib: “İnsan haqları üzrə ali komissar Volker Türk, israilli nazirin Qəzzədə iki milyon fələstinlinin aclıqdan ölməli olduğu ilə bağlı sözlərindən şoka düşüb və dəhşətə gəlib.”
Müharibənin bir üsulu olaraq mülki insanların ac qalmasının bir müharibə cinayəti olduğuna diqqət çəkən Lourens deyib ki, BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı “bu sözləri ən sərt şəkildə pisləyir. Bu bəyanatlar həm də günahsız mülki şəxslərə qarşı nifrət yaradır.”
Fələstin xalqının kollektiv şəkildə cəzalandırılmasının da hərbi cinayət olduğunu bəyan edən mətbuat katibi deyib: “Bu birbaşa və aşkar açıqlama digər vəhşi cinayətləri təhrik etmək riskini daşıyır.”