Nyu-York - İRNA - İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi İran və Rusiya arasında müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə uzunmüddətli və strateji əməkdaşlıq müqavilələrinin olduğunu bəyan edib.

İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi cümə günü İranın Rusiyaya “Fəth” raketlərini çatdırması, Rusiya qüvvələrinin İran torpaqlarında ballistik raketlər üçün təlim keçməsi və Tehranla Moskva arasında hərbi əməkdaşlıqla bağlı medianın suallarının cavablandırarkən deyib: “İran və Rusiya arasında müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə uzunmüddətli və strateji əməkdaşlıq müqavilələri var.”

Eyni zamanda İran İslam Respublikasının nümayəndəliyi vurğulayıb: “İranın qanuni olaraq adi silahların alınması və ya satışı ilə bağlı heç bir məhdudiyyəti və ya qadağası olmasa da, əxlaqi baxımdan İran Ukrayna ilə münaqişədə istifadə oluna biləcək hər hansı silahı, o cümlədən raketləri, münaqişə bitənə qədər (Rusiyaya) ötürməkdən çəkinir.”