Tehran - İRNA - Sionist analitik İranın cavabından qorxduqları üçün sionistlərin gündəlik həyatlarının pozulmasından xəbər verib və bildirib ki, onlar evlərində belə yatmırlar.

Sionist “Yediot Aharnot” qəzetinin analitiki Sima Kadmon təhlilində yazıb: “Fars körfəzi müharibəsi zamanı bir araşdırma göstərdi ki, Təl-Əviv sakinlərinin 44%-i gecələr evdə yatmayıb.”

O, sionistlərin HƏMAS-ın Siyasi Ofisinin rəhbəri İsmayıl Həniyyənin terror edilməsinə İranın cavabını gözlədiklərinə işarə edərək bildirb: “Əgər indi gecələri evlərində yatmayan israillilərin sayı ilə bağlı araşdırma aparılsa, onların sayı 44%-dən xeyli çox olacaq.”

Bu sionist jurnalist Livan Hizbullahından qorxduğu üçün işğal olunmuş ərazilərin şimalındakı qəsəbələrin tamamilə boşaldılmasına diqqət çəkərək qeyd edib ki, bütün şimal (Livan sərhədində) boşaldıldı; otellər cənubdan (Qəzzə sərhəddindən) gələn qaçqınlarla doludur, hava limanları İsraili tərk etmək istəyən sərnişinlərlə doludur və bu vəziyyətə baxmayaraq, heç kim özünü günahkar hiss etmir və utanmır!