Tehran - İRNA - Ölkəmizin Paris Olimpiadasına ezam olunmuş dördüncü idman komandası xalqın möhtəşəm qarşılaması ilə İmam Xomeyni Hava Limanı vasitəsilə İrana gəlib.

Paris 2024 Olimpiadasının 33-cü yarışına ezam olunmuş idmançıların geri qayıtmasının davamında ölkəmizin dördüncü idman qrupu Tehrana gəlib.

Milli taekvondo, avarçəkmə (sakit sular), ağır atletika komandasının qəhrəmanları, texniki heyət və federasiyanın rəsmiləri, həmçinin güləş federasiyasının rəsmiləri, nəzarətçi heyəti, tibb işçiləri və müxbir heyəti İmam Xomeyni Beynəlxalq Hava Limanı vasitəsilə ölkəyə gəlib.

İdmançıların ailələri və əhali ilə yanaşı qadın məsələləri üzrə Vitse-prezident Zəhra Behruz Azər, idman fraksiyasının sədri Məhəmməd Məhdi Fərvərdin, qadın idman növləri üzrə sədr müavini Zəhra Kazmipur, Oxatma Federasiyasının rəhbəri Qulamrza Şəbanibahar, parlamentin qadın və ailə fraksiyasının rəhbəri Məhəmməd Beygi, qadın və ailə fraksiyasının rəhbərinin müavini Süməyyə Rəfii, Bəsic Atletlər Təşkilatının rəhbəri Mehdi Mircəlili və Milli Olimpiya Komitəsinin İcraiyyə Şurasının üzvü Məhəmməd Rza Davərzəni idmançıların qarşılanma mərasimində iştirak ediblər.