İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Qətərin baş naziri və xarici işlər nazirinin telefon zənginə cavabda, Qəzzada sionist cinayətlərinin dayandırılması ilə bağlı danışıqlarda son hadisələri müzakirə edib.

Bu söhbətdə Məhəmməd bin Əbdürrəhman Ali-Sani Qətərin ev sahibliyi etdiyi bugünkü atəşkəs danışıqları görüşünə toxunaraq, danışıqların bu mərhələsinin nəticələrini həssas adlandırıb.

 Bu telefon danışığında tərəflər Qəzzada sionistlərin soyqırımını dayandırmaq üçün diplomatik fəaliyyətlər də daxil olmaqla hərtərəfli səylərin və əməli tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.