Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanani, kiberməkandakı şəxsi səhifəsində yazıb: Köləlik, müstəmləkəçilik, dövlət çevrilişləri və digər ölkələrdə hərbi müdaxilələr Amerika və İngiltərənin dünyaya müdaxilələrinin qaranlıq və biabırçı tarixinin yalnız bir hissəsidir.
O dedi: Hicri şəmsi təqvimilə 28 mordad 1332-ci (19 avqust 1953) ildə dövlət çevrilişi ilə İranda xalq tərəfindən seçilmiş Doktor Müsəddiq hökumətinin devrilməsinin ləkəsi və zülmə siyasi, təhlükəsizlik və hərbi dəstəyi əbədi olaraq Amerika və İngiltərə rejimlərinin alnında qalacaq.
Xarici İşlər Nazirliyinin sözçüsü sözlərinə belə davam edib: Belə bir qara nəticəyə malik olan bu iki ölkə hazırda qondarma və irqçi İsrail rejiminə və Qəzzada törədilən soyqırımlara dəstək verir və eyni zamanda, özlərini insan haqları və demokratiyanın bayraqdarı hesab edirlər!