Tehran - İRNA - Xəbər mənbələri bu gün (bazar ertəsi) işğal olunmuş Fələstin torpaqlarının mərkəzi Təl-Əvivdə partlayış səsi ilə bağlı xəbər yayıb.

Sionist mənbələr partlayışın bu rejimin müharibə nazirliyində baş verdiyini bildiriblər.

Sözügedən partlayış HƏMAS-ın hərbi qanadı Şəhid İzzəddin Əl-Qəssam və İslami Cihad Hərəkatının hərbi qanadı Səraya Əl-Qüds batalyonlarının dünən (bazar günü) Təl-Əvivdə baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürməsindən cəmi bir neçə saat sonra baş verib.

Polis və sionist rejimin “Şabak” daxili casusluq təşkilatı bu gün birgə bəyanat yayaraq, ayıq-sayıqlıq səviyyəsinin artırılmasını elan ediblər.

Sionist xəbər mənbələri də bazar günü axşam saatlarında Təl-Əvivdəki partlayışın bomba və şəhadəttələb əməliyyat nəticəsində baş verdiyini bildiriblər.

Bu mənbələrə görə, şəhid olan şəxsin partlayıcı kəməri olub və görünür, bomba təyin olunan vaxtdan əvvəl partlayıb.