Tehran - İRNA - Media mənbələri sionist rejimin Qəzzə zolağına hücumlarında daha bir jurnalistin şəhid olduğunu bildiriblər. Beləliklə, şəhid jurnalistlərinin sayı 172-yə çatıb.

“Əl-Qüds” telekanalı bildirib ki, fələstinli jurnalist Həmzə Murtəca bu gün sionist rejimin Qəzzə şəhərinin qərbində Mustafa Hafiz məktəbinə hücumu nəticəsində şəhid olub və digər fələstinli şəhid jurnalist qardaşı Yasir Murtəcaya qovuşub.

Həmzə və Yasir Murtəca

Bu şəhid jurnalist də daxil olmaqla, Qəzzə zolağında media şəhidlərinin sayı 172 nəfərə çatıb.