Urmiya - İRNA - Qərbi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə koordinator müavini deyib: “Təmizliyi 98,5% olan ilk "kalsine koks" istehsal xətti ölkədə ilk dəfə olaraq biliyə əsaslanan Arum Maşin Sanat Peyman Gostar şirkəti tərəfindən layihələndirilib və hazırlanıb.”

Cavad Kərəmi çərşənbə axşamı, bu istehsal xəttinin istismar mərasimi çərçivəsində İRNA müxbirinə açıqlamasında əlavə edib: “Alüminium və polad sənayesində ölkənin həyati materialı sayılan bu məhsul son illərdə idxal yolu ilə alınaraq istifadə olunurdu və bu da valyutanın ölkədən çıxmasına səbəb olurdı.” 

C. Kərəmi bildirib: “Bu unikal layihə qaza 30%-dən çox, suya isə 90%-ə qənaət etmək imkanına malikdir, prosesi tam avtomatlaşdırmaq və idarə etmək qabiliyyəti var və Yaxın Şərqdə ilk dəfə dizayn edilmiş və hazırlanımışdır.” 

Onun sözlərinə görə, neft koksunun kalsinləşdirilmiş koksa çevrilməsi prosesində bu şirkət alüminium zavodlarının ehtiyaclarının 80%-ni və polad zavodlarının 15%-ni təmin edəcək.