Livan Hizbullah Hərəkatı bu gün sionist rejimin 1 ədəd Merkava tankının məhv edildiyini xəbər verib.
Hizbullah bəyan edib ki, onun qüvvələri Əl-Abbasiyyə bazasında İsrail əsgərlərini müşahidə etdikdən sonra idarə olunan raketlə bir ədəd Merkava tankını hədəfə alıblar və raket birbaşa hədəfə dəyib.
Hizbullah qüvvələri işğal altında olan Vadi Hunin bölgəsindəki sionist bazasını da hədəfə alıblar.
Bu gün həmçinin “Ramim” kazarmasına – Qolani ordusunun hazırkı qərargahına “katyuşa” raketləri ilə zərbələr endirilib.