Tehran - İRNA - Media mənbələri İraqın Kataib Hizbullahının təhlükəsizlik rəhbərlərindən olan Əbu Əli əl-Əskərinin mesajından sonra Kərbəlada İmam Hüseyn (əleyhissalam) zəvvarlarının sionist rejim bayrağını yandırmasına aid görüntülər yayıblar.

İraq mediaları bildiriblər ki, İmam Hüseyn (ə) zəvvarları Əl-Əqsa mokəbinin qarşısında sionist rejimin bayrağını yandırıblar.

KİV-in məlumatına görə, İmam Hüseyn (ə) zəvvarları bunu İraqın Kataib Hizbullahının təhlükəsizlik rəhbəri Əbu Əli əl-Əskərinin bugünkü mesajından sonra ediblər.