Tehran - İRNA - Yəmən Silahlı Qüvvələri cümə axşamı, axşam saatlarında bəyanat yayaraq bildirib ki, məzlum Qəzzə əhalisinə və müqavimət mücahidlərinə dəstək, ABŞ və İngiltərənin Yəmənə qarşı təcavüzlərinə cavab olaraq daha iki əməliyyat həyata keçirib.

Birinci əməliyyatda sionist düşmənlə əməkdaşlıq edən şirkətə məxsus "SOUNION" neft gəmisi Qırmızı dənizdə Yəmən Silahlı Qüvvələri tərəfindən hədəfə alınıb. Bu gəmi batmaq üzrədir.

Bu bəyanata əsasən, ikinci əməliyyatda “Sw North Wind I” gəmisi Ədən körfəzi və Qırmızı dənizdə hədəfə alınıb. Bu gəmi də sionist rejimlə əlaqəli bir şirkətə məxsusdur.

Bu iki əməliyyatda Yəmənin dəniz, pilotsuz təyyarə və raket qüvvələri iştirak edib.

Yəmən Silahlı Qüvvələri Qəzzəyə qarşı müharibə dayandırılana və bu zolağın blokadası götürülənə qədər əməliyyatlarını davam etdirəcəklərini vurğulayıb.