İsfahan - İRNA - Bu gün (cümə) Dubay-Bakı reysi ilə uçan təyyarədə sərnişinlərdən birinin səhhətinin pisləşməsi təyyarənin təcili eniş etməsinə və İsfahan Beynəlxalq Hava Limanında qısa müddətə dayanmasına səbəb olub.

İsfahan Şahid Beheşti Hava Limanından verilən məlumata görə, bu gün səhər saatlarında “Azərbaycan Hava Yolları”nın Dubay-Bakı marşrutu üzrə hərəkət edən reysi sərnişinlərdən birinin özünü pis hiss etməsi və pilotun xahişi ilə İsfahan hava limanına enib.

Təcili yardım qüvvələri gəldikdən və əsas müalicə tədbirlərini yerinə yetirdikdən sonra sözügedən reys hava limanının əməliyyat bölmələrinin əməkdaşlığı ilə İsfahandan Bakıya yola düşüb.