Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan ölkəmizin Xarici İşlər naziri Seyid Abbas Əraqçini İran İslam Respublikasının Xarici İşlər naziri seçilməsi münasibətilə təbrik edib.
Mirzoyan iki ölkə arasındakı dostluq münasibətlərindən məmnunluğunu ifadə edərək, ölkəsinin Ermənistan və İran İslam Respublikası arasında əlaqələrin genişləndirilməsi iradəsini vurğulayıb.
O, həmçinin Ermənistanın ərazi bütövlüyü və regionda baş verən proseslərlə bağlı İran İslam Respublikasının mövqelərinə görə təşəkkür edib.
Əraqçi də iki ölkə arasında artan əlaqələri dəstəkləməklə yanaşı, ölkəmizin Ermənistanla əlaqələri inkişaf etdirməyə hazır olduğunu vurğulayıb.
Ölkəmizin Xarici İşlər naziri İran İslam Respublikasının region ölkələrinin ərazi bütövlüyünü və beynəlxalq sərhədlərin dəyişməzliyini dəstəkləmək siyasətini vurğulayaraq, Ermənistanın öz qonşuları ilə sülh danışıqlarını dəstəkləyib və İran İslam Respublikasının regionda davamlı sülhü dəstəkləməyə hazır olduğunu açıqlayıb.
Əraqçi həmçinin İran İslam Respublikasının regionla bağlı siyasətinin dəyişməzliyini vurğulayıb.