Tehran - İRNA - Yəmən Ordusu Qırmızı dənizdə Yunanıstan neft tankerini hədəf alan əməliyyatın görüntülərini yayıb.

Yəmən Ordusu işğal altındakı Fələstinin limanlarına girişi qadağan edən qanuna məhəl qoymadığı üçün Qırmızı dənizdə hədəf alınan Yunanıstanın SOUNION gəmisinə hücumun görüntülərini yayıb.

Yəmən Silahlı Qüvvələri bundan əvvəl yaydığı bəyanatda bildirmişdi ki, sionist düşmənlə əməkdaşlıq edən bir şirkətə məxsus "SOUNION" neft gəmisi Qırmızı dənizdə Yəmən Silahlı Qüvvələri tərəfindən hədəfə alındı və bu gəmi batmaq üzrədir.