Bununla bağlı Fələstinin Səhiyyə Nazirliyi də bildirib ki, 2023-cü il oktyabrın 7-dən bəri Qəzzə zolağında 40 334 fələstinli şəhid olub.
İRNA-nın məlumatına görə, Fələstinin Səhiyyə Nazirliyinin Qəzzə üzrə nümayəndəliyi bildirib ki, sionist rejim son 48 saat ərzində Qəzzə zolağında 5 qətliam törədib, nəticədə 69 nəfər şəhid olub, 212 nəfər isə yaralanıb.
Bu şəhidlər də daxil olmaqla, Əl-Əqsa Tufanı əməliyyatının başladığı gündən Qəzzədə şəhid olanların sayı 40 min 334 nəfərə, yaralıların sayı isə 93 min 356 nəfərə çatıb.
Bundan əvvəl xəbər mənbələri bu gün səhər saatlarından etibarən sionist rejimin Qəzzə zolağının müxtəlif bölgələrinə təcavüzü nəticəsində 50 fələstinlinin şəhid olduğunu bildiriblər.