Livanın "Əl-Ləva" qəzeti “Hizbullahın dərinlikdə reaksiyası İsrailin bütün kateqoriyalarını məhv etdi” başlıqlı məqaləsində yazıb: “Hizbullah komandir Fuad Şükrün terror edilməsinə reaksiya ilə bağlı gözləmə rejiminə son qoydu, bazar günü bir neçə saat ərzində sionist rejimin işğal olunmuş Fələstinin dərinliklərindəki hərbi hədəflərinə cavab zərbələri endirdi və bu rejimin mediaya və siyasi senzurasına baxmayaraq, onun təsirləri göründü.”
Qəzet əlavə edib: “Hizbullahın cavabı İsrailin hərəkətlərinin son bir ayda şiddətlənməsindən sonra baş verdi. Hizbullahın cavabı düşməndən eyni qisas almaq üçün hərbi hədəflərə yönəldi. İslam müqaviməti düşmənə bəhanə verməmək üçün mülki ərazilərə hücum etmədi.”
Qəzet təhlilinin davamında yazıb: “Livanın bu reaksiyası İranın HƏMAS-ın Siyasi Ofisinin mərhum rəhbəri İsmayıl Həniyyənin Tehranda terror edilməsinə mümkün reaksiyasından ayrıdır. Amma Əl-Əqsa Tufanı döyüşü çərçivəsində bəzi müşahidəçilər və analitiklər bu reaksiyanı Fələstinin azadlığı uğrunda gedən döyüşlərə uyğun həlledici döyüş kimi qiymətləndirirlər.”