Sərhədsiz Reportyorlar (RSF) və digər 59 təşkilat Qəzzədə şəhid jurnalistlərin sayının artmasına və sionist rejimin Qəzzə zolağına hücumlarının başlamasından bəri bu rejim tərəfindən mətbuat azadlığının digər pozuntularına reaksiya olaraq, Avropa İttifaqı ilə sionist rejim arasında əməkdaşlıq sazişlərinin dayandırılmasını tələb ediblər.
Bu qurumlar yaydıqları birgə bəyanatda bildiriblər: “Avropa İttifaqı Qəzzədə jurnalistlərin qətliamına etiraz olaraq İsrailə qarşı məqsədyönlü sanksiyalar tətbiq etməlidir.”
Fransanın “Barons” saytının yazdığına görə, bu bəyanat Avropa İttifaqının xarici işlər nazirlərinin avqustun 29-da Brüsseldə keçirilməsi planlaşdırılan görüşündən əvvəl yayılıb. Jurnalistləri Müdafiə Komitəsi (CPJ) və Human Rights Watch (HRW) bu bəyanatı imzalayanlar arasındadır.