Ölkəmizin Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani sosial şəbəkədəki şəxsi səhifəsində yazıb: “Cavid Rəhman “Mucahedene-xəlq” təşkilatına bir çox xidmətlər göstərib və onun “Mucahidine-xəlq” terrorçularının toplantısında iştirak etməsi gözlənilməz deyildi.”
Kənani vurğulayıb: “Onun BMT-nin xüsusi məruzəçisi adı ilə bu terror qruplaşması ilə açıq-aşkar əlaqəsi dəfələrlə BMT rəsmilərinə bəyan edilib.”
İRNA-nın məlumatına görə, BMT-nin İranda insan haqları üzrə “xüsusi məruzəçisi” adlandırılan Cavid Rəhmanın missiyası iki dəfə üç illik müddətdən sonra 2024-cü ilin iyul ayının sonunda başa çatıb.
O, İngiltərə vətəndaşı idi və “Mucahedene-xəlq” terror qruplaşması ilə açıq-aşkar əlaqədə onların cinayətlərinin yuyulmasında iştirak edirdi.