Tehran - İRNA - Hizbullah hərəkatı bu gün (çərşənbə axşamı) bir daha sionist rejimin bir kazarma ətrafında casusluq avadanlıqlarının məhv edildiyini açıqlayıb.

Hizbullah hərəkatı sionist rejimin Doveif kazarmasının ətrafında bir kranda quraşdırılmış yeni casusluq avadanlığının hücumçu pilotsuz uçan aparat vasitəsilə hədəf alındığını bildirib.

Bu hərəkatın bəyanatında deyilir: “Döyüşçülərimiz bu yeni texnikanı birbaşa hədəfə almış və onu məhv etmişlər.”