İslami Cihad Hərəkatının bəyanatında bildirilir: “Düşmən işğal altındakı İordan çayının qərb sahilinin şimalında şəhər və düşərgələrə hücum edərək, münaqişənin ağırlığını işğal altındakı İordan çayının qərb sahilinə köçürməyə çalışır.”
İslami Cihad əlavə edib: “Düşmən Fələstin xalqına qarşı mövcud müharibədə işğal olunmuş İordan çayının qərb sahilini fəth və ilhaq etmək, eləcə də müqəddəs yerlərimiz üzərində öz hökmranlığını genişləndirmək məqsədi ilə yeni meydan reallıqları tətbiq etməyə çalışır.”
Bəyanatın davamında bildirilir: “İşğal altındakı İordan çayının qərb sahilinə ordu yeritmək düşmənin Qüds şəhəri və Məscidül-Əqsaya nəzarəti ələ keçirmək planları çərçivəsində həyata keçirilir.”