İran İslam Respublikasının Livandakı səfiri Müctəba Əmani “Xəbər” telekanalının “Dünya bu gün” proqramına video müsahibəsində Hizbullahın hərbi cavabı ilə eyni vaxtda sionist rejimə qarşı psixoloji əməliyyatlarını izah edib.
İranın Livandakı səfiri deyib: "Bazar günü səhər saatlarında Livan Hizbullahının həyata keçirdiyi əməliyyat sionist rejim üçün tamamilə sürpriz oldu və bu rejimin hər zaman yüksək kəşfiyyat imkanlarına malik olduğunu iddia etməsinə baxmayaraq, onlar qəfil yaxalandı və onların qüruruna böyük zərbə vuruldu.”
Səfir əlavə edib: "Sionist rejim əməliyyatdan 15 dəqiqə əvvəl bombardman etməyə başladı, amma nəticə vermədi. Region ölkələri arasında belə xiffət və xəcalətə düçar olmaları onlara baha başa gəldi və Hizbullahın cavabı ilə bağlı düzgün proqnoz verə bilmədilər, Hizbullah döyüşçülərindən heç birini hədəfə ala bilmədilər."