Livan Hizbullahı yaydığı bəyanatda bildirib ki, Qəzzə əhalisinə və Fələstin müqavimətinə dəstək istiqamətində bu gün səhər saat 8:50-də Əl-Mərc hərbi bazasına raketlə zərbə endirib və bu bazanı birbaşa vurub.
Eyni zamanda sionist rejimin radiosu da Livan ərazisindən atılan üç raketin Yuxarı Əl-Cəlildəki Moskav Am ərazisinə düşməsi ilə bağlı məlumat yayıb.
İsrailin şimalındakı səkkiz fərqli ərazidə də təhlükə sirenlərinin səsi davamlı olaraq səslənib.
Digər tərəfdən, bəzi xəbər mənbələri sionist rejimin Livanın cənubunda yerləşən “Yəhmar əş-Şəqif” bölgəsinə artilleriya hücumları ilə bağlı xəbərlər yayıb.
Son zamanlar Hizbullah işğal olunmuş Fələstinin şimalında sionist yaşayış məntəqələri və bazalarını onlarla raketlə hədəfə alıb.