Paris - İRNA - İranın atıcılıq üzrə təmsilçisi Paris Paralimpiya Oyunlarının ilk qızıl medalını ölkəmizin adına qeyd etdirib.

Paris 2024 Paralimpiya Oyunlarının Paralimpiya atıcılığı yarışlarının davamı olaraq qadınlar arasında 10 m P2 məsafə üzrə finallar keçirilib.

Finalda ölkəmizin layiqli təmsilçisi Sarə Cavanmardi Türkiyə təmsilçisi Aysel Özcanla sıx və nəfəs kəsən rəqabət aparıb. Yarışın əksər raundlarında rəqib cədvəlin zirvəsində olsa da, sonda Cavanmərdi son raundlarda rəqibini qabaqlayıb və 236,8 xalla qızıl medal qazana bilib.