Tehran - İRNA - Yəmən Silahlı Qüvvələrinin sözçüsü işğal olunmuş ərazilərin limanlarına doğru hərəkət qadağasının pozulması səbəbindən Ədən körfəzində bir gəminin hədəf alındığını açıqlayıb.

Yəmən Silahlı Qüvvələrinin mətbuat xidmətinin rəhbəri general-mayor Yəhya Sarii bildirib: “Ədən körfəzində “GROTON” gəmisini hədəf alan hərbi əməliyyat keçirdik. Çünki onun sahibi olan şirkət işğal olunmuş Fələstinin limanlarına girişin qadağan edilməsi qanununu pozmuşdu.”

Yəmən Silahlı Qüvvələrinin sözçüsü əlavə edib: “Bu əməliyyata Hərbi Dəniz Qüvvələri, raket və pilotsuz təyyarələr cəlb olunub. Bu əməliyyat gəminin dəqiq və birbaşa vurulması ilə nəticələndi.”

“Bu, GROTON gəmisinin ikinci dəfə hədəfə alınması idi. Avqustun 3-də bu gəmi ilk dəfə Yəmən qüvvələri tərəfindən vurulmuşdu”- deyə, Yəhya Səri bildirib.