Sergey Lavrov bazar ertəsi Rusiya Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən MDBMİ Beynəlxalq Münasibətlər Universitetinin müəllim və tələbələri ilə görüşündə əlavə edib: “Yalnız texniki detalları qalan bu müqavilə iki ölkənin tərəfdaşlığının bütün aspektlərini əhatə edir.”
“Bu razılaşma İranın yeni hökuməti ilə əlaqələrimizdə simvolik bir addım olacaq” -deyə, Rusiyanın Xarici İşlər naziri bildirib.
Bundan əvvəl İranın Moskvadakı səfiri İRNA-ya İran İslam Respublikası ilə Rusiya Federasiyası arasında uzunmüddətli əməkdaşlıq sazişi haqqında demişdi: “Son iki il yarım ərzində bu sazişin yekunlaşdırılması üçün çox iş görülüb, iki ölkənin rəsmiləri arasında çoxlu qarşılıqlı səfərlər olub. Nəhayət, iki ölkənin xarici işlər nazirliklərinin hüquq rəsmiləri bu sənədi paraflayıblar.”