Xarici işlər nazirinin köməkçisi və Avrasiya məsələləri üzrə baş direktor Müctəba Dəmirçilu Rusiyanın Tehrandakı səfiri ilə görüşündə Qafqazda davamlı sülhün və regional əməkdaşlığın əsasının qarantı olan ölkələrin milli suverenliyinə, ərazi bütövlüyünə və qarşılıqlı maraqlarına hörmət olduğunu qeyd edib.
Bu görüşdə Qafqazda cərəyan edən cari proseslər ətrafında fikir mübadiləsi aparılaraq, ölkəmizin regionda sülh və sabitliyin bərqərar olmasına dəstək, region ölkələri arasında əməkdaşlığın inkişafına köməklik göstərilməsi, beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinə qarşı çıxması və geosiyasi bölgədəki dəyişikliklərə diqqət edilməsi lazım olduğu və bölgədəki bütün ölkələrin qanuni maraqları və narahatlıqları vurğulandı.
Tərəflər, həmçinin 3+3 məsləhət qrupu dövlətlərinin qarşıdan gələn İran, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşü ilə bağlı bütün tərəflərin maraqlarını nəzərə alaraq, məsələlərin həlli və regionda sülh və sabitliyin möhkəmləndirilməsinə və iqtisadi planların həyata keçirilməsinə kömək etmək üçün region ölkələrinin imkanlarından istifadə etməyin zəruriliyini vurğuladılar.