25 yaşlı Hacər Səfərzadə bu tarixi titulu bu gün, çərşənbə günü 55,39 göstərici ilə qazanıb.
Kubalı Amara Durand 53,59 nəticə ilə qızıl, ukraynalı Oksana Buturçuk isə 55,67 nəticə ilə bürünc medal sahibi olub.
Bu, İran karvanının atletika üzrə altıncı medalıdır. Əmirhüseyn Əlipur bundan əvvəl çəki atma yarışında qızıl medal qazanmışdı. Mehdi Ovlad və Zəfər Zakir çəki atmada, Pərəstu Həbibi isə gürzlə atmada gümüş medal qazanıb. Əlirza Muxtari çəki atmada bürünc medal qazanıb.