Tehran - İRNA - İranın Ermənistandakı səfiri Tehran və İrəvan arasında ticarət əlaqələrinin inkişafında 3 milyard dolların hədəflənməsinə toxunaraq, "Zəngəzur dəhlizi" ilə bağlı arzuların heç vaxt həyata keçməyəcəyini vurğulayıb.

Mehdi Subhani bu gün yerli mətbuata verdiyi müsahibədə bölgədə yol tıxanıqlığının aradan qaldırılması məsələsi ilə bağlı deyib: Tıxanmaların aradan qaldırılması ilə bağlı mövqeyimiz tamamilə aydındır. Biz tıxanmaların aradan qaldırılmasının əleyhinə deyilik, lakin bütün blokadaların aradan qaldırılması Ermənistanın milli və ərazi suverenliyi çərçivəsində olmalıdır.  

O əlavə etdi: Zəngəzur kimi məsələlərlə bağlı yuxular və röyalar heç vaxt yozulmayacaq. 

Blokadanın aradan qaldırılması prosesində üçüncü ölkənin nümayəndələrinin nəzarəti ilə bağlı suala cavab olaraq Subhani deyib: Ermənistan hökuməti açıq şəkildə bəyan edib və biz (də) bütün kontrol və nəzarətin Ermənistan hökuməti və hakimiyyəti tərəfindən olması ideyasının tərəfdarıyıq.  

O vurğuladı: İndi 19-cu əsr deyil, biz 21-ci əsrdəyik. Ölkələr müstəqillik və suverenliyə malikdirlər və bu suverenlikdən istifadə edirlər.