Ərdəbil Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Əlirza Süleymani Fərcam şənbə günü bu ofisin açılış mərasimində İRNA müxbiri ilə söhbətində bildirib: “Xalqın iştirakı ilə müşayiət edilən istehsal sıçrayışı” ilə adlanmış ildə bu gün Ərdəbil vilayəti, xüsusilə Biləsuvar şəhəri əhalisi üçün çox gözəl gündür.
“Biləsuvar bölgəsində Ərdəbil Ticarət və Sənaye azad zonasının ofisinin rəsmi açılışı əyalətin bütün bölgələri üçün bir çox üstünlüklərə malik olacaq və iş prosesi sürətləndiriləcəkdir” - deyə, o, əlavə edib.
Ərdəbil Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru vurğulayıb: İşin başlanğıcı Biləsuvar şəhərindəki aktiv ticarət sərhədindən olsa da, bu işin sonu deyil, şübhəsiz ki, Ərdəbil əyalətinin bütün bölgələrinin, xüsusilə Parsabad, Aslandüz və Gərmi şəhərlərinin əhalisi onun faydalarından bəhrələnəcəkdir.
Onun sözlərinə görə, 380 min hektar birinci dərəcəli və yüksək keyfiyyətli kənd təsərrüfatı torpaqlarına malik olan Muğan düzü Avropanın bir çox inkişaf etmiş ölkələrindən böyükdür. Bu potensialdan regionun inkişafı və tərəqqisi üçün maksimum istifadə edilməlidir.