Təbriz - İRNA - Şərqi Azərbaycanın Mədəni İrs, Əl işləri və Turizm İdarəsinin Baş direktoru bu il avqustun 1-dən sentyabrın 6-na kimi əyalətə 2 milyon 600 mindən çox turistin gəldiyini açıqlayıb.

Əhməd Həmzəzadə İRNA-ya müsahibəsində son tətil günlərinə toxunaraq deyib: “Son tətil günlərində (avqustun 1-dən sentyabrın 6-na kimi) 2 milyon 197 mindən çox turist turistik yerləri, 73 mindən çox insan isə əyalətin muzeylərini ziyarət edib.” 

Həmzəzadə əlavə edib: “Bu müddət ərzində əyalətə 761 mindən çox avtomobil daxil olub və əyalətdə 12 milyondan çox avtomobil hərəkəti qeydə alınıb.” 

“Əyalətə daxil olan 313 minə yaxın turist rəsmi iqamətgahlarda yerləşdirilib” - deyə, o, bildirib. 

Onun sözlərinə görə, əyalətin sərhəd terminallarından 15 minə yaxın insan gediş-gəliş edib.