Universitetlərdə yeni tədris ilinin başlaması ilə sionist rejimin hərəkətlərinə qarşı tələbə nümayişləri yenidən başlayıb.
Yüzlərlə hollandiyalı tələbə Amsterdam Universitetində toplaşaraq universitetin sionist rejim qurumları ilə əlaqəni kəsilməməsinə etiraz edib.
Tələbələr Fələstin bayrağını qaldıraraq, İsraili boykot etməyə çağırıb və Fələstinin azadlığı üçün “dənizdən çaya” şüarını səsləndiriblər. Tələbələr həmçinin “İsrailin terrorist mahiyyətini” vurğulayaraq, işğalçılığa son qoyulmasını tələb ediblər.