Yəmənin Milli Qurtuluş Hökumətinin Xarici İşlər naziri Camal Amir Seyid Abbas Əraqçi ilə telefon danışığında İran İslam Respublikasının Xarici İşlər naziri kimi onu təbrik edib və uğurlar arzulayaraq, ikitərəfli münasibətlərin və regional əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Yəmənin Xarici İşlər naziri regionda qarşıdurmaların artmasına, ABŞ və İngiltərənin Yəmənə hərbi hücumlarına işarə edərək deyib: “Yəmənin məzlum Fələstin xalqını dəstəkləməkdə mövqeyi dəyişməyəcək.”
Camal Amir İran və Yəmən arasında əvvəlki sənədlər və razılaşmaların əhəmiyyətini vurğulayaraq, iqtisadi və inkişaf sahələrində əməkdaşlığın gücləndiriləcəyinə ümidvar olduğunu bildirib.
Xarici İşlər naziri Seyid Abbas Əraqçi də təşəkkürünü bildirərək, qarşılıqlı olaraq Camal Amiri Yəmənin Xarici İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və deyib: “İran və Yəmən münasibətləri və regionun təhlükəsizliyinə töhfə vermək məqsədi ilə iki tərəf arasında məsləhətləşmələrin davam etdirilməsi böyük əhəmiyyət kəsb edir.”