General-mayor Məhəmməd Atifi bu barədə bildirib: “Yəmənin nasist İsrail rejiminə qəti və sarsıdıcı cavabı, şübhəsiz ki, tərəddüd və narahatlıq olmadan həyata keçəcək. Biz sionistlərin vəhşiliyinə qarşı yəmənli qətiyyət və şücaət əsasında mübarizə aparacağıq. Necə ki, onlar bu qətiyyətin acısını dənizlərdə dadıblar.”
Yəmənin Müdafiə naziri əlavə edib ki, bu ölkə öz müdafiə qabiliyyətini kəmiyyət və keyfiyyət baxımından və hərbi istehsalın ən son konsepsiyalarına əsaslanaraq gücləndirməyə davam edəcək.
“Yəmənin cihad oxunda mövqeyi və İslam ümməti və onun müqəddəsləri, dəyərləri, torpaqları və təhlükəsizliyinin müdafiəsi istiqamətində müqavimət vacibdir” - deyə, general-mayor Məhəmməd Atifi qeyd edib.