İranın Birinci Farmakogenetik Konqresinin keçirilməsi ərəfəsində professor Daryuş Fərhud bu konqresin noyabrın 6-dan 8-dək İran Tibb Elmləri Universitetinin Razi Konfrans Salonunda keçiriləcəyini bildirərək əlavə edib: “Əslində farmakogenetik elmin köməyi ilə hər bir xəstəliyə uyğun və spesifik dərman istehsal etmək mümkündür.”
Farmakogenetikanın genetik xəstəliklərin müalicəsində istifadə edildiyini bəyan edən İranın Birinci Beynəlxalq Farmakogenetik Konqresinin sədri deyib: “Hazırda regionda İran bu elm üzrə liderdir və xaricdə yaşayan bir sıra iranlılar bu üsulla müalicə olunub.”
Professor Fərhud farmakogenetika elmi haqqında daha geniş izah verərək deyib: “Həmçinin infeksiyaların müalicəsində effektiv antibiotikləri aşkar etmək üçün antibioqramma aparılması və müvafiq antibiotiklər təyin edilməsində bu elmin köməyi ilə insana xəstəliyin geninə uyğun təsirli dərman verilir, başqa sözlə, müalicə fərdiləşdirilir.”