London - İRNA - Direktorlar Şurasının rüblük iclası çərçivəsində Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru İrana səfər etmək, İranın yeni hökuməti ilə görüşmək arzusunu bir daha bəyan edib və qalan məsələləri həll etməyə çalışacağını iddia edib.

Rafael Qrossi bazar ertəsi Vyanada jurnalistlərlə görüşündə bu barədə açıqlama verərək deyib: “Mənim fikrim (İranla) əməkdaşlığa nail olmağa çalışmaqdır.” 

O, həmçinin bildirib ki, İranın nüvə fəaliyyəti ilə bağlı geniş hesabat təqdim etmək planı yoxdur. Halbuki, bu məsələyə Direktorlar Şurasının iyun qətnaməsində işarə olunub.