Hizbullah ilk bəyanatında bildirib: "Dəyanətli və mətanətli Fələstin xalqına, onların cəsur və şərəfli müqavimətinə dəstək olaraq və düşmənin Livanın cənubundakı kəndlərə, xüsusilə də “Xirbə Səlim” qəsəbəsinə hücumlarına cavab olaraq Livan İslami Müqaviməti mücahidləri eskadrilya ilə silahlı pilotsuz təyyarələr vasitəsilə "Qolani" briqadasının qərargahını və Əkkanın şimalındakı Şrağa kazarmasında 621-ci Ağuz bölməsinin qərargahını hədəfə alıblar. Bu hücumda düşmən zabit və əsgərlərinin olduğu yer vurulub."
Hizbullah başqa bir açıqlamada isə Yara kazarmasının cənubundakı qərb briqadasının yeni qərargahını katyuşa raketləri ilə hədəfə aldığını açıqlayıb.