Tehran - İRNA - Neft naziri GECF (Qaz İxrac Edən Ölkələr Assambleyası) baş katibi ilə görüşdə dünyanın geosiyasi vəziyyətinə, xüsusilə qlobal enerji böhranlarında qaz bazarlarının xüsusi şərtlərinə toxunaraq deyib: “İran geosiyasi mövqeyinə görə regionda enerji mübadiləsi və tranzit üçün uyğun keçid və yol ayrıcları ola bilər və qütb rolunu oynaya bilər.”

Möhsin Paknejad bu gün (9 sentyabr bazar ertəsi) Qaz İxrac edən Ölkələr Assambleyasının noyabrda keçirilən 26-cı nazirlər iclasını nəzərdən keçirmək və əlaqələndirmək üçün Tehrana gələn GECF baş katibi Məhəmməd Hamil ilə görüşündə vurğulayıb: “İran bu forumun əsas təsisçilərindən biridir və biz 14-cü hökumətin əvvəlində nazirlərin 26-cı iclasının keçirilməsini yaxşı əlamət hesab edirik.” 

O, əlavə edib: “2001-ci ildə Assambleyanın ilk nazirlər iclası Tehranda keçirildiyindən və üzvlər üçün müsbət nəticələr verdiyindən, bu görüşün də maksimum iştirakla bütün üzvlər üçün dəyərli nailiyyətlər əldə edəcəyi gözlənilir.”