Ordu Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Şəhram İrani İran İslam Respublikası Quru Qonşunlarının “Şəhidane Sərbaz 01” təlim mərkəzində olarkən deyib: “İslam Respublikası Ordusu və dörd qüvvə, İslam İnqilabının qələbəsindən sonrakı illərdə indiyə qədər müdafiə və təhlükəsizliyin bir çox sahələrində dəyərli və iftixarlı nailiyyətlər əldə edib. Bu məsələ, bu vilayətçi hərbi qüvvənin davamlı iftixarını və şücaətini göstərir.”
Admiral İrani vurğulayıb: “İslam sistemində bugünkü nüfuzumuz və izzətimiz heç bir dövrlə müqayisə edilə bilməz. İslam Respublikasının müqəddəs quruluşu Fars körfəzində heç bir regional və ya bölgədən kənar güclə üzləşməkdən qorxmur.”
İranın dəniz gücünün ölkənin su sərhədlərindən kənara genişlənməsinə işarə edən Ordu Hərbi Dəniz Qüvvələrinin komandanı deyib: “Bu gün İslam quruluşunun bərəkəti ilə ölkənin bütün gəmiləri dünyanın hər yerində tam güc və izzətlə hərəkət edir. Belə ki, ölkə Ədən körfəzi bölgəsindəki yalnız bir döyüş donanmasına sahib olmaqla öz dəniz təhlükəsizliyini yaxşı təmin edə bildi. Halbuki, Amerika kimi yüzlərlə qabaqcıl gəmisi olan ölkələr özlərini xarici müqavimət qruplarının zərbələrindən qoruya bilmədilər və donanmasının təhlükəsizliyini tam təmin edə bilmədilər.”
Admiral İrani Hind okeanının su yollarının təhlükəsizliyinin təmin edilməsində Hərbi Dəniz Qüvvələrinin roluna toxunaraq dedi: “Bu gün Hind okeanı ilə həmsərhəd ölkələrin hərbi dəniz qüvvələrinin təhlükəsizliyinin təmin edilməsi məsuliyyəti İran İslam Respublikasına həvalə edilib. Bizim orada İran xalqı və qəhrəman ordusu adından effektiv iştirakımız var.”