Ali Milli Təhlükəsizlik Şurasının katibini Sankt-Peterburqun Pulkovo Beynəlxalq Hava Limanında İran İslam Respublikasının Rusiyadakı səfiri Kazım Cəlali və Sankt-Peterburqun xarici əlaqələr komitəsinin rəhbəri Yevgeni Qriqoryev qarşılayıblar.
BRİKS ölkələrinin, o cümlədən Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, İran, Birləşmiş Ərəb Əmirlikləri, Efiopiya və Səudiyyə Ərəbistanının yüksək səviyyəli təhlükəsizlik rəsmilərinin görüşü sentyabrın 10-12-də Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək.
BRİKS üzvlərinin görüşü ilə yanaşı, İndoneziya, Türkiyə, Qazaxıstan, Serbiya, Tailand, Belarus, Vyetnam, Venesuela, Özbəkistan, Nikaraqua, Kuba, Azərbaycan Respublikası, Bəhreyn, Banqladeş, Şri Lanka, Mavritaniya və Laos da daxil olmaqla bəzi ölkələrinin yüksək səviyyəli təhlükəsizlik nümayəndələrinin iştirakı ilə birgə iclas da keçiriləcək.
Bu iki görüşdən əlavə doktor Əhmədianın bəzi həmkarları ilə ayrı-ayrılıqda görüşləri olacaq.
Ölkəmizin Ali Milli Təhlükəsizlik Şurasının katibi regionda baş verən ən mühüm hadisələri, siyasi, təhlükəsizlik və iqtisadi sahələrdə beynəlxalq və ikitərəfli əlaqələri, İran İslam Respublikasının dəhlizlər, enerji və s. ilə bağlı məsələlərini müzakirə edəcək.